Rusiya ilə sülh olmayacaq, yalnız kapitulyasiya... - Danilov

3-05-2022, 11:19           
 Rusiya ilə sülh olmayacaq, yalnız kapitulyasiya... - Danilov
Rusiya ilə heç bir sülh müqaviləsi ola bilməz - yalnız Rusiya Federasiyasının kapitulyasiyası mümkündür.

Teref.az axar.az-a istinadla xəbər verir ki, bu açıqlama ilə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov çıxış edib.

Onun sözlərinə görə, müharibə tez bitməyəcək və dönüş nöqtəsi hələ baş verməyib, lakin Ukraynaya yardımın həcmini nəzərə alsaq, bu, mütləq baş verəcək:

“Rusiya ilə biz ancaq onun təslim olmasına imza ata bilərik. Bunu nə qədər tez etsələr, ölkələrinə bir o qədər çox fayda verəcəklər”.

Xatırladaq ki, Ukrayna Prezidenti Vladimir Zelenski də Rusiya ilə sülh danışıqlarının dayandırılması risklərinin çox yüksək olduğunu bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru