“Orban deyir ki, ruslar mayın 9-da müharibəni bitirməyi planlaşdırırlar” – ROMA PAPASI
3-05-2022, 16:01
Macarıstanın baş naziri Viktor Orban Roma Papası ilə söhbətində Rusiyanın Ukraynadakı müharibəni mayın 9-dək dayandırmağı planlaşdırdığını deyib.
Qafqaz.media xəbər verir ki, bu barədə Roma Papası Fransisk İtaliyanın “Corriere della Sera” nəşrinə müsahibəsində danışıb.
"Orban onunla görüşəndə mənə dedi ki, rusların planı var ki, hər şey mayın 9-da bitəcək. Ümid edirəm ki, bu belədir... Pessimistəm, amma biz müharibəni dayandırmaq üçün mümkün olan hər şeyi etməliyik”, - deyən Papa və əlavə edib ki, sülh üçün kifayət qədər iradə yoxdur.
Papa Moskvaya getmək istəyir, lakin Kiyevə səfər planlaşdırmır
Fransisk iyirmi günlük müharibədən sonra kardinal Parolindən Putinə Moskvaya getməyə hazır olduğunu bildirən mesaj göndərməsini xahiş etdiyini, lakin heç bir cavab almadığını bildirib.
Eyni zamanda, Roma Papası bir daha Kiyevə getməyə hazırlaşmadığını bildirsə də, Moskvaya getməyə hazır olduğunu bir neçə dəfə təkrar edib.
"Hələ Kiyevə getmirəm. Əvvəlcə Moskvaya getməliyəm, ilk öncə Putinlə görüşmək lazımdır”, - Fransisk bildirib.
O, Putinin hələlik dayanmayacağından narahatlığını da ifadə edib.