Putin Makrona müharibənin dayanması üçün nə etmək lazım olduğunu dedi

3-05-2022, 21:03           
Putin Makrona müharibənin dayanması üçün nə etmək lazım olduğunu dedi
Rusiya prezidenti Vladimir Putin fransalı həmkarı Emmanuel Makronla telefon danışığı aparıb.

Azpost.info xəbər verir ki, prezidentlərin telefon danışığı iki saatdan çox davam edib. Putin Fransa liderinə Avropa İttifaqının Ukrayna təhlükəsizlik qüvvələrinin hərbi cinayətlərinə məhəl qoymamasından şikayətlənib. O qeyd edib ki, Avropa ölkələrinin nümayəndələri Ukrayna Silahlı Qüvvələrinin Donbasdakı yaşayış məntəqələrini atəşə tutmasına lazımi diqqət yetirmirlər və bunun nəticəsində mülki vətəndaşlar ölür.

Eyni zamanda, Putin vurğulayıb ki, Qərb Kiyev hökumətinə təsir göstərsə və Ukraynaya silah tədarükünü dayandırsa, münaqişənin həllinə kömək edə bilər.

Rusiya prezidenti Makrona Mariupoldakı “Azovstal” zavodunun ərazisində olan mülki şəxslərin təxliyəsi ilə bağlı vəziyyət barədə də məlumat verib. O, BMT baş katibi Antonio Quterreşlə əldə olunan və mülki əhalinin müəssisədən çıxarılmasına imkan verən razılaşmaların vacibliyini vurğulayıb.

Liderlər hərbi əməliyyatların gedişini və şəhərdə humanitar yardımın təşkilini də müzakirə ediblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru