Makron sülhün bərpasına kömək etməyə hazırdır

4-05-2022, 00:02           
Makron sülhün bərpasına kömək etməyə hazırdır
Fransa Prezident Vladimir Putinlə söhbətində Mariupol və Donbassdakı vəziyyətdən narahatlığını bildirib

Fransa Prezidenti Emmanuel Makron Rusiya lideri Vladimir Putinlə söhbətində Mariupol və Donbassdakı vəziyyətdən narahatlığını bildirib.

Aznews.az xəbər verir ki, bu barədə Yelisey sarayı məlumat yayıb.

Fransalı lider Rusiyanı “Azovstal” zavodunun ərazisindən evakuasiyaya yardımı davam etdirməyə çağırıb.

Fransa Prezidenti, Ukrayna münaqişəsinin nəticələrinə ciddi yanaşdığını bir daha bəyan edib.

O, Rusiyanı BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi öz məsuliyyətinə uyğun hərəkət etməyə çağırıb.

Makron həmçinin Putinə sülhün bərpası naminə razılaşmaların əldə olunmasına kömək etməyə hazır olduğunu bildirib.

“Fransa lideri sülhü, Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə tam hörməti təmin edəcək danışıqlar yolu ilə kömək etməyə hazır olduğunu bildirib”, - deyə Makron administrasiyasının bəyanatında bildirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru