Siyarto: Rusiya əleyhinə səs verməyəcəyik!

4-05-2022, 00:09           
Siyarto: Rusiya əleyhinə səs verməyəcəyik!
Neftə olan tələbatımızın 65%-ni Rusiyanın hesabına ödəyirik. Açıq şəkildə deyirik ki, ölkənin enerji təhlükəsizliyinin təmin edilməsi bizim tərəfimizdən konkret addımlar tələb edir. Ona görə də Rusiyadan Macarıstana qaz və neft tədarükünü məhdudlaşdıracaq sanksiyalara səs vermirik.

KONKRET.az xəbər verir ki, bu sözləri Macarıstanın xarici işlər və xarici ticarət naziri Peter Siyarto deyib.

“Biz Avropa Birliyinin hər cür sanksiya paketlərində iştirak etmişik, buna rəğmən biz həmişə AB-nin haqsız ittihamları ilə üzləşirik.

Bu, siyasi qərar deyil, tamamilə ölkəmizin enerji təhlükəsizliyinə aid məsələdir. Çünki bu mərhələdə Rusiya nefti olmadan iqtisadiyyatımızın düzgün işləməsini təmin edə bilmərik”, – Siyarto bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru