Almaniya müxalifət lideri Kiyevə gəlib

4-05-2022, 00:04           
Almaniya müxalifət lideri Kiyevə gəlib
Almaniyanın ən böyük müxalifət partiyası olan Xristian Demokrat İttifaqının (XDİ) lideri Fridrix Merz Kiyevə səfər edib.
Modern.az xəbər verir ki, alman müxalifət lideri Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.
Görüş təxminən bir saat davam edib.

Almaniya xüsusi xidmət orqanları Merzə Kiyevə getməyi məsləhət görməsə də, müxalifət lideri səfər edərək Ukrayna ilə birlik nümayiş etdirib.
Merz Almaniya kansleri Olaf Şoltsun Ukrayna ilə bağlı siyasətinin davamlı tənqidçisidir və Almaniya hökumətindən Kiyevə silah göndərməsini tələb edir. O hesab edir ki, hazırkı Nazirlər Kabineti bu məsələ ilə bağlı qərar qəbul etməkdə çox ləngdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru