Qanunsuz erməni silahlıları etiraf edirlər ki, ordumuza atəş açırlar....

4-05-2022, 08:39           
Qanunsuz erməni silahlıları etiraf edirlər ki, ordumuza atəş açırlar....
Hazırda Qarabağda qanunsuz olaraq yerləşən "Yerkrap" erməni taborunun silahlıları öz müraciətində hər gün Azərbaycan silahlı qüvvələri ilə atışma faktını təsdiqləyib:
“Sizə müraciət edirik, asfalt fədailəri, biz indi sərhəddə dayanıb düşmənlə (Azərbaycanla- Ə.V) üz-üzəyik, hər gün onlara atəş açırıq. Düşmənin sərhədi keçməsinə imkan vermirik, başınızın üstündə dinc səmanı təmin edirik. Siz niyə orada (İrəvanda- Ə.V) sirklə məşğul olursunuz? Siz orada türkləri harda görmüsünüz, Qarabağ oradan görünür? Qarabağ buradadır, bizimlədir. Bura gəlin, Qarabağ burada qorunur, İrəvanın mərkəzində yox. Tərəddüd etməyin, əgər bizə postlarımızdan enib asayişi bərpa etmək əmri verilsə, biz bunu mütləq edəcəyik. Dövlətçiliyimizi sarsıtmağa çalışan hər kəsi cəzalandıracağıq. Fərqi yoxdur, kim olursan, keçmiş prezidentin oğlu, nazirin və ya adi tələbənin. İndi hər biriniz bizə mane olur, bizi ölkənin müdafiəsindən yayındırırsınız, fikirləşin ki, bu kimə sərfəlidir".
P.S. Bir az baş işlətsək, erməni silahlıları Qarabağdan İrəvana gedib asayişi bərpa etməyə başalayacaqlar.
Ədalət Verdiyev
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru