"Rusiyanın başqa ölkəyə hücum etməyəcəyinə zəmanət yoxdur" - Şolts

4-05-2022, 00:34           
"Rusiyanın başqa ölkəyə hücum etməyəcəyinə zəmanət yoxdur" - Şolts
"Rusiyanın başqa ölkəyə hücum etməyəcəyinə zəmanət yoxdur".

"Report" "Reuters"ə istinadLA xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts isveçli və finlandiyalı həmkarları ilə keçirdiyi mətbuat konfransında deyib.

Şoltsun sözlərinə görə, son onilliklərdə Avropa sərhədlərin güc yolu ilə dəyişdirilməyəcəyini və dövlətlərin suverenliyinə hörmət ediləcəyini qəbul edib:

"Rusiya bu status-kvonu pozub. Buna görə də şübhəsiz, bir daha eyni şeyi təkrarlaya bilər".

"Buna görə də biz eyni vaxtda müdafiə səylərimizi genişləndirmək qərarına gəldik", - deyə Şolts Almaniyanın silahlı qüvvələri üçün artan maliyyələşdirməni və ÜDM-in 2%-ni müdafiə xərclərinə ayırmaq qərarını əlavə edib.

Kansler, həmçinin Almaniyanın Finlandiya və İsveçin NATO-ya qəbuluna dəstəyini açıqlayıb: “Bu iki ölkə NATO-nun bir hissəsi olmaq istədikləri təqdirdə, bizim dəstəyimizə arxalana bilərlər".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru