Rusiyada elita absurdun dozasını artırmaqla etiraz edir?

4-05-2022, 22:30           
Rusiyada elita absurdun dozasını artırmaqla etiraz edir?
Sual-cavab şəklində yüksəs səslə düşüncələr.
- Lavrov axmaq adamdırmı?
- Yox, axmaq deyil, hətta, çox ağıllıdır, keyfiyyətli diplomatiya məktəbi keçib,
- Lavrov, "Hitler də, yəhudi olub", tezisini deyərkən İsrailin neytral mövqeyinin dəyişəcəyini bilmirdimi?
- Təbii bilirdi, bunu biləcək qədər ağıllıdır. İsrail Ukraynaya ən az yardım edən ölkə idi, indi dəstəyini kəskin artıracaq, ən böyük dəstək isə kəşfiyyat məlumatlarının ötürülməsi ola bilər,
- Lavrov, "ən qəddar, ən böyük "antisemitlər" elə yəhudilər olub", deyərkən daxildə olan yəhudi əsilli siyasi-iqtisadi-hərbi elitanın da xoşuna gəlməyəcəyini bilmirdimi?
- Yaxşı bilirdi, hətta bu gün, məsələn, Rusiya Yəhudi Birliyinin rəhbəri açıq şəkildə Lavrova qarşı çıxıb. Yəhudilər çox mütəşəkkil, birlik içində olan, bir-birlərinə kömək edən şəbəkədir, toplumdur, yəni, pulu və təsiri çox yüksək olan bu toplum daxildə ciddi müqavimət də yarada bilər.
Yaxşı, Lavrov bunları bilə-bilə nədən belə çıxış etdi?! Çox maraqlı sualdır, cavabım odur ki, qəsdən edib, "absurda qarşı çıxa bilməyursənsə, absurdu artır, idarəolunmaz hala gətir", prinsipi ilə hərəkət edir.
Rusiyanın bütün ağıllı adamları bu prinsipə keçir, dünən Karen Şahnazarov (kifayət qədər ağıllı insandır) TV-dən maraqlı, ikibaşlı mesaj verdi, təbii ki, Rusiyanı faşist adlandıra bilmir, təbii ki, müharibəni qınaya bilmir, amma absurdu artıra bilərdi, etdi də
- Karen dedi ki, ölkədə narazıları strelizasiya etmək, konslagerlər açıb ora yerləşdirmək lazımdır.
Bunu tarixdə kim edib - bəli, nasistlər, deməli bu mesajla, absurdun dozunu artırmaqla, "baxın, ölkə faşistləşir, nasistləşir", demək istədi.
Yaxın günlərdə bu tipli mesajlar, absurdun dozunun artması çoxalacaq, bu da Putin rejiminə qarşı özünəməxsus üsyan, rejimin çökməsinə özünəməxsus xidmət etməkdir.
Hadisələrə dərin baxmağı öyrənməliyik...
Natiq Cəfərli
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.