Putin Vahid Ələkbərovu

5-05-2022, 08:00           
Putin Vahid Ələkbərovu
Rusiya prezidenti Vladimir Putin Rusiyanın “Lukoyl” neft-qaz şirkətinin keçmiş rəhbəri Vahid Ələkbərovu I dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.

Publika.az xəbər verir ki, bu barədə "RIA Novosti" məlumat yayıb.

Mükafat dövlət qarşısında xidmətlərinə, yanacaq-energetika kompleksinin inkişafına böyük töhfəyə və uzun illər vicdanlı əməyə görə verilib.

Vahid Ələkbərov 1950-ci il sentyabrın 1-də Bakıda anadan olub. 1974-cü ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunu (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) bitirib. 1990-1991-ci illərdə SSRİ neft və qaz sənayesi nazirinin müavini, birinci müavini vəzifələrində çalışıb .

Ələkbərov aprelin 21-də “Lukoyl”un direktorlar şurasının üzvü kimi səlahiyyətlərindən imtina etmək, həmçinin şirkətin prezidenti vəzifəsindən vaxtından əvvəl istefa vermək qərarına gəldiyini bildirib. Ələkbərov 1993-cü ildən şirkətə rəhbərlik edir.

31 mart 2022-ci il tarixinə Ələkbərov “Lukoyl”un səhmlərinin 3,12%-nə aid səslərə sahib olub və onlara sərəncam verib. O, həmçinin səsvermə hüququna nəzarət etmədiyi “Lukoil” səhmlərinin 5,43%-nə münasibətdə faydalı iqtisadi marağa (benefisiar) (o cümlədən ailə etimadları və ya qarşılıqlı fondlar vasitəsilə) malik idi. Bununla belə, 2021-ci ilin payızında “Lukoyl”un avrobondlarının prospektində Ələkbərovun şirkətdəki payının 28,33% olduğu qeyd edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru