ABŞ-la Avropa Hindistan və Qərbi yaxınlaşdırmağa çalışacaq

10-05-2022, 09:43           
ABŞ-la Avropa Hindistan və Qərbi yaxınlaşdırmağa çalışacaq
Amerika Birləşmiş Ştatları və Avropa digər məsələlərlə yanaşı, mövcud geosiyasi təlatümləri də nəzərə alaraq Hindistanı Qərbə yaxınlaşdırmağa sadiqdirlər.

“Report” xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının (MTŞ) Hind və Sakit okean regionları üzrə koordinatoru Kurt Kempbell bildirib.

Onun sözlərinə görə, ABŞ və Avropa arasında açıq-aşkar dönüşlərdən biri Hindistanla daha fundamental şəkildə əlaqə qurmaq istəyidir: “Hindistanın trayektoriyasını daha çox Qərbə doğru əymək üçün əlavə işləmək bizim xeyrimizədir. Biz, məsələn, Fransa, Britaniya və digər avropalılarla bu səyləri necə dəstəkləmək barədə dərin müzakirələr apardıq”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru