Putinin paradda dediyi söz: Ukraynanı nə gözləyir?

10-05-2022, 09:41           
Putinin paradda dediyi söz:
9 May Qələbə paradında Rusiya lideri Vladimir Putinin xüsusi hərbi əməliyyatı bitərəcəyi, əvəzində rəsmən müharibə və səfərbərlik elan edəcəyi haqda iddialar təsdiqini tapmadı. Bəs, Putin hansı eyhamları etdi, nəyə işarə vurdu?

Axar.az xəbər verir ki, bu barədə Ukrayna mediasına danışan Andrey Zolotarev Putinin işlətdiyi bəzi ifadələrə diqqət çəkib.

"Xüsusi hərbi əməliyyat"ın ləğvi və müharibə elanı indiyə qədər aparılan əməliyyatın uğursuzluğu demək olardı. Putin heç vaxt bunu özünə rəva görməzdi və görmədi də. Ona görə də hesab edirəm ki, yaxın günlərdə Rusiya gizli səfərbərliyə gedəcək.

Əsas məsələ Putinin işlətdiyi sözlərdədir. Putin paraddakı çıxışında dedi ki, onlar "öz torpaqlarında döyüşür". Bu isə o deməkdir ki, Rusiya Xerson vilayətinin və Donbasın anneksiyasına hazırlaşır. Bundan başqa, hesab edirəm ki, onlar Odessa və Nikolayevi tutmaq, Dnestryanıya dəhlizdən keçmək cəhdlərindən əl çəkməyəcəklər. "Öz torpaqları" ifadəsinin vurğulanması, şübhəsiz ki, Ukrayna üçün pis siqnaldır", - deyə o bildirib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.