İraqda eynicinsli münasibətlərə görə 15 ilə qədər həbs cəzası tətbiq edilib

29-04-2024, 11:28           
İraqda eynicinsli münasibətlərə görə 15 ilə qədər həbs cəzası tətbiq edilib
İraq parlamenti ölkədə eynicinsli münasibətləri cinayət hesab edən qanun layihəsini qəbul edib...

Poliqon xəbər verir ki. bu barədə Reuters Agentliyi məlumat yayıb.

Sənədin mətnində qeyd edildiyi kimi, qanun “cəmiyyəti mənəvi tənəzzüldən və dünyanı bürümüş homoseksuallığa çağırışlardan qorumaq” məqsədi daşıyır. Agentlik qeyd edir ki, qanun layihəsi əsasən parlamentdə çoxluğu təşkil edən mühafizəkar şiə deputatlar tərəfindən dəstəklənib.

Sənəd eynicinsli münasibətlərə görə 10 ildən 15 ilədək həbs cəzası, həmçinin “homoseksuallığı və ya fahişəliyi təbliğ edən”lərə 7 il həbs cəzası nəzərdə tutur. Bundan əlavə, qanun transgender keçidini cinayət hesab edir. Bunun üçün cəza bir ildən üç ilədək həbs olacaq.

Xəbərdə qeyd edilir ki, əvvəlcə qanun layihəsində eynicinsli münasibətlərə görə ölüm cəzası nəzərdə tutulurdu, lakin sonradan plüm cəzası 15 il həbslə əvəzlənib. Hüquq müdafiəçiləri qeyd edirlər ki, yeni qanun LGBT insanların hüquqlarını pozur və fundamental insan hüquqlarına ciddi zərbə vurur.

Xatırladaq ki, “Our World in Data” portalının məlumatına görə, 130-dan çox ölkədə eynicinsli cinsi əlaqə qanuni sayılır, lakin 60 ölkədə isə cinayət məsuliyyətinə cəlb edilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.