"Vəziyyət ABŞ-ı avtoritar rejimləri dəyişməyə məcbur edir" - Kissincer

10-05-2022, 15:13           
"Vəziyyət ABŞ-ı avtoritar rejimləri dəyişməyə məcbur edir" - Kissincer
"Şərait ABŞ rəhbərliyini aqressiv avtoritar ölkələrdə rejim dəyişikliyinə yönəlmiş tədbirlər görməyə məcbur edə bilər. Vaşinqton buna gətirib çıxara biləcək kəskinləşmələrdən qaçmağa çalışmalıdır". Teref.az bizimyol.info-ya istinadla xəbər verir ki, bu barədə keçmiş dövlət katibi (1973-1977) və ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri (1969-1675) Henri Kissincer bazar ertəsi "Financial Times" qəzetində dərc olunmuş müsahibəsində bildirib.

“Biz başa düşməliyik ki, ideologiya və təfsirdə (avtoritar rejimlər və demokratiyalar arasında faktların şərhində) fərqlər var. Biz bu anlayışdan, qarşılaşdığımız məsələlərin əhəmiyyətini qiymətləndirmək üçün istifadə etməliyik. Rejimlərin dəyişdirilməsini siyasətimizin əsas məqsədi hesab etməməli, bunu əsas qarşıdurma nöqtəsinə çevirməməliyik. Hesab edirəm ki, texnologiyanın inkişafını və hazırda mövcud olan silahların nəhəng dağıdıcı gücünü nəzərə alsaq, rejimlərin dəyişməsi arzusu bizə qarşı digər ölkələrin düşmənçiliyini artıra bilər. Lakin biz öz davranışımızla bunu yaratdan vəziyyətdən qaçmağı bacarmalıyıq”,- deyə Amerika diplomatiyasının keçmiş rəhbəri bildirib.

O, “hər iki tərəfin, (avtoritar və demokratik ölkələrin) “əvvəllər istifadəsi ağlasığmaz miqyasda fəlakətə gətirib çıxara bilən və getdikcə daha dağıdıcı və texniki cəhətdən təkmilləşən yeni növ silahların çoxalmasından” narahatlığını ifadə edib. Kissincer qeyd edib ki, beynəlxalq ictimaiyyət bu cür silahlardan istifadə ediləcəyi halda hansı tədbirlərin görülməsinin vacibliyini müzakirə etməkdən yayınır. "Lakin “tamamilə yeni dövrdə” indiyədək diqqətdən kənarda qalan mövzu qaçılmaz olaraq yeni diplomatik və hərbi gündəmin mövzularından birinə çevriləcək”,- deyə bildirib. Kissincer hesab edir ki, əgər bu baş verərsə, Qərb nüvə silahından istifadəni “təkbaşına qəbul edə bilməz”.

Kissincer həmçinin Rusiya və Çin arasında bütövlükdə müttəfiqliyin Qərbin maraqlarına uyğun olmadığını desə də, belə bir tərəfdaşlığın daimi ola biləcəyinə şübhə etdiyini bildirib. O, Moskva və Pekinin fərqli siyasi yanaşmalarına diqqət çəkib.

"Ukraynada müharibə başa çatdıqdan sonra qlobal geosiyasi vəziyyət əhəmiyyətli dərəcədə dəyişəcək. Hər bir mümkün məsələdə eyni maraqların olması Çin və Rusiya üçün təbii vəziyyət deyil. Mən potensial fərqlər yarana biləcəyimizi düşünmürəm, amma inanıram ki, buna şərait yaranacaq", - deyə Kissincer bildirib. "Ukrayna müharibəsindən sonra Rusiya ən azı Avropa ilə münasibətlərinə və NATO-ya ümumi yanaşmasına yenidən baxmalı olacaq. Mən hər iki düşmənə qarşı düşmən mövqe tutmağı, onların yaxınlaşmasına töhfə verməyi ağılsızlıq hesab edirəm və biz Avropa ilə münasibətlərimizdə, öz daxili müzakirələrimizdə bu prinsipi qəbul etdikdə, hesab edirəm ki, tarix bizə diferensiallaşdırılmış siyasət tətbiq etmək imkanlarını verəcək",- deyib.

Kissincer həmçinin bildirdi ki, onun fikrincə, Çində indi Rusiyanın güclü sanksiya təzyiqi altında qaldığı vəziyyətdə Pekin və Qərb paytaxtları arasında münasibətlərdə genişmiqyaslı böhran baş verərsə, “dünyanın əhəmiyyətli bir hissəsinin” ardıcıl təzyiqindən necə yayınmaq barədə düşünürlər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.