Putin Ukrayna ilə bağlı səlahiyyəti FTX-dən alıb bu quruma verdi - Qəddarlıqları ilə məşhur general iş başında

10-05-2022, 17:58           
Putin Ukrayna ilə bağlı səlahiyyəti FTX-dən alıb bu quruma verdi - Qəddarlıqları ilə məşhur general iş başında
Ukraynada uğur qazanmamağının səbəbini məyus edici kəşfiyyat əməliyyatlarında görən Rusiya prezidenti Vladimir Putin qəfil qərar verib. Teref.az sfera.az-a istinadla bildirir ki, rus lider Ukraynadakı kəşfiyyat əməliyyatlarının məsuliyyətini Federal Təhlükəsizlik Xidmətindən alaraq Rusiya Kəşfiyyat İdarəsinə verib. Bu barədə "Telegraph” qəzeti məlumat yayıb.

Qəzet yazır ki, Rusiya liderinin qəbul etdiyi kritik qərarın arxasında Federal Təhlükəsizlik Xidmətinə qəzəbi ilə yanaşı, son günlər Qərb mətbuatında gedən xəbərlər də yer alır.

Ukraynanın ABŞ-dan gələn kəşfiyyat sayəsində Rusiyanı qabaqladığı bildirilən yazıda, ABŞ rəsmilərinin müharibə ilə bağlı verdiyi təəccüblü məlumatlar əks olunub. Belə ki, adları çəkilməyən yüksək səviyyəli rəsmilər Ukraynadakı rus zabitlərinin öz rəhbərlərinə tabe olmaqdan imtina etdiklərini və Donbasdakı qoşunların "kifayət qədər sürətlə” çalışmadıqlarını bildiriblər.

Rusiyanın casus icması üzrə ixtisaslaşmış araşdırmaçı jurnalist Andrey Soldatov Rusiya Kəşfiyyat İdarəsinə verilən səlahiyyətdən sonra rus ordusunun öz performansını artıra biləcəyini söyləyib:

"Əlbəttə, onlar döyüş meydanında, qoşunlarla təmasda və maddi-texniki təchizatda daha effektiv olacaqlar”.

Putinin yeni qərarı ilə Ukraynada kəşfiyyat məlumatlarının toplanmasına cavabdeh olan yeni şəxs, adı sui-qəsd cəhdlərində hallanan general-leytenant Vladimir Alekseyev olub. General Alekseyev 2012-ci ildə Rusiya Kəşfiyyat İdarəsinin birinci vitse-prezidenti vəzifəsinə yüksəlib, o zaman Rusiya Müdafiə Nazirliyi agentliyi "öldürməyə hazır olan sərt adamlar”la doldurmaqla öz casusluq imkanlarını gücləndirməyə çalışıb.

Tədqiqatçı Andrey Soldatov general Alekseyevi bu sözlərlə xarakterizə edib: "Alekseyev Suriyadakı hərbi əməliyyatları görüb və Donbasdakı döyüşlərdə iştirak edib. Digər zabitlər onu qəddar və özünə arxayın olan biri kimi təsvir edirlər. Britaniya və Avropa İttifaqı onu 2018-ci ildə kimyəvi silah hücumuna nəzarət etməkdə ittiham edir".

Qeyd edək ki, Qərb mediası Rusiya Kəşfiyyat İdarəsini "qəddar Rusiya hərbi birliyi” kimi qələmə verir. 2018-ci ildə Solsberidə öldürülən Sergey Skripala sui-qəsdin məhz bu qurum tərəfindən təşkil edildiyi iddia olunur.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.