Bayden cavab verməkdən yayınıb?

11-05-2022, 08:50           
Bayden cavab verməkdən yayınıb?
Rus saytlarının yazdığına görə, ABŞ prezidenti Cozef Bayden mətbuat konfransı zamanı amerikalı jurnalistlərdən birinin ölkədəki qiymət artımında özünü və administrasiyasını məsul hesab edib-etmədiyi sualına cavab verə bilməyib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “RİA Novosti” “CNBC” telekanalına istinadən xəbər verir.

“Biz hakimiyyətdəyik, bu birincidir. Siz isə tamamilə haqlısınız: biz hakimiyyətin hər üç qoluna nəzarət edirik”, - deyə Bayden bildirib.

Daha sonra ABŞ prezidenti inflyasiyanın səbəbləri və ölkədəki mövcud iqtisadi vəziyyətin uzun izahatını verib. Deyilir ki, guya jurnalist sualını bir daha təkrar etsə də, amma dəqiq cavab almayıb.

Maraqlıdır ki, Amerika lideri COVID-19 və Rusiya Prezidenti Vladimir Putinin hərəkətlərini inflyasiyanın əsas səbəbləri adlandırıb.

Qeyd edək ki, mayın 4-də ABŞ Federal Ehtiyat Sistemi baza dərəcəsini 0,75 faizə qaldırıb.

Yeri gəlmişkən, mart ayında ABŞ-da inflyasiya son 40 ildə ilk dəfə olaraq 8,5 faiz təşkil edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru