ABŞ-ın “silah-sursatsız” qaldığı deyilir?

11-05-2022, 09:52           
ABŞ-ın “silah-sursatsız” qaldığı deyilir?
Rus saytlarının yazdığına görə, Birləşmiş Ştatların Ukraynaya ötürdüyü silahlar indi onun özünü silahsiz qoyub. Demək olar ki, hazırda onun silah arsenalı tükənməzk üzrədir. Yəni silah anbarı boşalıb. Deyilənə görə, burada söhbət daha çox tank əleyhinə müdafiə sistemlərdən gedir. Belə ki,bu silahların yerini doldurmaq üçün deyilənə görə, bir ildən də artıq vaxt lazımdır. Qeyd edək ki, bu barədə Pentaqonun sözçüsü Kristin Vormut bildirib. O əlavə edib ki, artıq bu istiqamətdə sənaye nümayəndələri ilə işlər aparılır.

SİA bu barədə rus saytlarına istinad edir.

Vormutun dediyinə görə, “Javelin”nin istehsalı üçün “Raytheon” şirkəti ilə danışıb istehsalı sürətləndirmək lazımdır: “...Əmin deyiləm, amma düşünürəm ki, bu, bir az daha uzun çəkə bilər, lakin biz sənaye nümayəndələri ilə fəal işləyirik”.

Qeyd edək ki, bunu “RİA Novosti” Pentaqon nümayəndəsinin sözlərindən sitat kimi gətirib.

Vormut həmçinin bu gün sualın gündəmdə olduğunu da bildirib: “Stinger” insanın daşıya biləcəyi zenit-raket kompleksinin yeni nəslini yaratmaq və ya mövcud nümunələri hazırlamaq lazımdırmı?

Pentaqonun sözçüsü bildirib ki, bu gün insan üçün daşınan hava hücumundan müdafiə sisteminin aktiv istehsalı yoxdur.

“...Bir müddətdir ki, “Stinger” istehsalını həyata keçirmirik. Bu gün ötürə biləcəyimiz bəzi raket ehtiyatları var, amma əmin olan odur ki, necə davam edəcəyimizə qərar verməliyik: mövcud olanları inkişaf etdirmək və ya yeni nəsil “Stinger” yaratmaq. Düşünürəm ki, bütün hallarda bu bir az daha uzun sürəcək”. Bunu da Vormut deyib.

Qeyd edək ki, bir müddət bundan əvvəl Rusiyanın müdafiə naziri Sergey Şoyqu Şimali Atlantika Alyansının Ukraynaya silah göndərməkdə davam etdiyini bildirmişdi.

O, həmçinin Ukrayna silahlı qüvvələrinin ehtiyacları üçün silah və ya materialla ölkə ərazisinə gələn istənilən NATO nəqliyyatı bizim tərəfimizdən qanuni məhvetmə hədəfi kimi qəbul edildiyini də xatırlatmışdı.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.