Çərxi-fələk tərsinə dövran edir: Rusiya “danışıqlar”, Ukrayna “istəmirəm” deyir

23-05-2022, 12:21           
Çərxi-fələk tərsinə dövran edir: Rusiya “danışıqlar”, Ukrayna “istəmirəm” deyir
Ukrayna müharibəsində vəziyyət hər keçən gün dəyişməkdə davam edir. Müharibənin əvvəlində rəsmi Kiyevin “danışıqlara başlayaq” çağırışına məhəl qoymayan Moskva bu gün özü “dərhal masa arxasına oturmağa hazırıq” mesajları göndərir.

Rusiya prezidentinin köməkçisi, əvvəlki danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri olmuş Vladimir Medinski Belarusun ONT kanalına müsahibəsində Rusiyanın Ukrayna ilə danışıqlara hazır olduğunu bildirib. Eyni zamanda o, Kiyevin danışıqları dondurmaq təklifi ilə çıxış etdiyini vurğulayıb.

Medinskinin sözlərinə görə, Rusiya heç zaman danışıqlardan, o cümlədən yüksək səviyyədə görüşlərdən imtina etməyib. Lakin prezidentlər səviyyəsində görüşün təşkili ciddi hazırlıq tələb edir.

“Dövlət başçıları yekun sənədi imzalamaq üçün görüşməlidirlər, şəkil çəkdirmək üçün yox” – deyə Medinski vurğulayıb.

Bəzi məlumatlara görə, Ukrayna tərəfi həqiqətən də bu cür danışıqlardan yayınır. Kiyev təmsilçiləri Rusiyanın təslimçi razılaşma təklif etdiyini bildirilər və belə danışıqların perspektivinin olmadığını qeyd edirlər.

Ukrayna tərəfi Rusiya qoşunlarının işğal edilmiş ərazilərdən çıxarılmasını tələb edərək, danışıqların predmetinin ancaq bu ola biləcəyini vurğulayırlar.
pressklub












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru