"Biz deyirdik ki, putinizm avtoritarizmdən faşizmə və xarici təcavüzə aparan birbaşa yoldur..."

24-05-2022, 08:18           
"Biz deyirdik ki, putinizm avtoritarizmdən faşizmə və xarici təcavüzə aparan birbaşa yoldur..."
"Ukrayna müharibəsi tarixdə dönüş mərhələsi kimi qalacaq..."

"Biz müharibənin Ukraynanın qələbəsi və Ukrayna bayrağının Sevastopolda ucaldılmasını ilə başa çatmasını istəyirik..."

"Putinin hərbi cəhətdən darmadağım edilməsi Rusiya vətəndaşları üçün şok olmalıdır"

Uzun illər Rusiya müxalifəti bundan sonra Putin rejiminin necə inkişaf etməsi barədə sonu görünməyən mübahisələrdə bulunub.

Moderator.az xəbər verir ki, bu barədə "QORDON" internet nəşrindəki bloqunda rusiyalı şahmatçı və siyasətçi, şahmat üzrə 13- cü dünya çempionu Harri Kasparov yazıb.

Putinizmin avtoritarizmdən faşizmə və nəticə etibarı ilə xarici təcavüzə aparan birbaşa yol olması barədə hər zaman dominantlıq təşkil edən fikir müxalifətin bir hissəsi tərəfindən həddən artıq radikal nöqteyi- nəzər kimi dəyərləndirilib.
Mübahisələr bitib. Mübahisə etməyə daha heç nə yoxdur. Fevralın 24- ü bütün söz- söhbətlərə son qoyulub. Rusiyanı faşist dövlət adlandırmağın zamanı yetişib.

Hazırda qarşımızda bir sual durur: belə vəziyyətdə nə etməli?

Ukrayna müharibəsi, heç şübhəsiz, tarixdə dönüş mərhələsi kimi öz yerini tutacaq. Bu müharibə yeni səhifə açır və Ukrayna ordusu bütün dünyada geosiyasi balansı dəyişəcək.

Zənnimcə, bu gün bizim müharibəni dayandırmaq istəyimizdən danışmaq prinsipial olaraq yanlışdır.
Müharibənin bitməsini Makron arzulayır, müharibənin bitməsini, ola bilsin ki, Putinin özü də arzulayır. Biz isə bu müharibədə Ukraynanın qələbəsini və Ukrayna bayrağının Sevastopolda ucaldılmasını istəyirik. Heç bir başqa variant nəzərdən keçirilə bilməz və keçirilməməlidir, çünki yalnız Krımın və Sevastopolun azad edilməsilə Rusiyanın Putin rejimindən azad olunması başlayacaq.

Bu, tamamilə aydın və mütləq həqiqətdir. Bu həqiqət Ukraynaya məhz belə nəticəni əldə etmək üçün yardım edən bütün sivil dünya tərəfindən təsdiq edilib.

Bizim ümidlərimiz onunla bağlıdır ki, Putinin hərbi cəhətdən darmadağın edilməsi ölkəmizin daxilində labüd dəyişikliklərə gətirib çıxaracaq.
1945- ci illə paralellər aparsaq, anlamaq lazımdır ki, heç kim Rusiyaya hücum etməyi və Moskvanı bombalamağı nəzərdə tutmur.

Bu məğlubiyyət ilk növbədə hərbi- psixoloji məğlubiyyət olmalıdır.
Bu məğlubiyyət Rusiya vətəndaşları üçün şok olmalıdır, onlar Putinin dövlətçilik modelinin və imperiya matritsasında qurulan bütöv konsepsiyanın iflasını anlamalıdır.

Bu gün biz üç məsələyə diqqət etməliyik:

- Ukraynadakı müharibənin cinayətkar müharibə olmasını qəbul etməliyik;

- bu müharibənin qeyri- legitim rejim tərəfindən törədilməsini qəbul etməliyik;

- Ukraynanın ərazi bütövlüyünü tanımalıyıq.

Bu meyarlara görə də müttəfiqlərimiz müəyyən edilməlidir.

Putin Şimali Koreya qurmaq istəyirsə, biz də özümüz üçün virtual Cənubi Koreya quracağıq. Müvəqqəti olaraq. Nəticədə hər iki Koreya birləşəcək və biz tarixdən bilirik ki, belə birləşmə mütərəqqi hissənin bazasında baş verir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.