“Putinin əvəzlənməsi və ya Rusiyanın parçalanması...” - Ukrayna kəşfiyyatının başçısı
25-05-2022, 08:04

Rusiya Federasiyası (RF) üçün müharibə hakimiyyətin dəyişməsi və ordunun işğal olunmuş və ya Rusiya tərəfindən bir neçə hissəyə bölünmüş ərazilərdən çıxarılması ilə nəticələnəcək.
Bu barədə Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin başçısı Kirill Budanov «Ukrainskaya pravda» nəşrinə müsahibəsində deyib.
Onun sözlərinə görə, Rusiya üçün iki variant var. «Birincisi - Rusiyanın ərazi bütövlüyünün formal olaraq, saxlanılması şərti ilə siyasi rəhbərliyin dəyişməsi. Qeyd edirəm - formal olaraq. Bu variantda hamı şəxsən Putini və onun yaxın ətrafını günahlandıracaq və deyəcəklər ki, burada Rusiya günahkar deyil. Ordunu dünyanın hər yerində işğal edilmiş ərazilərdən (hansı ki, ona mənsub deyil - Gürüstandan, Yaponiyadan, Moldovadan…) çıxaracaqlar» - Budanov bəyan edib.
«Müəyyən vaxt kəsiyində bu, işləyəcək. Sonra isə hər şeyi yalnız tarix göstərəcək. İkinci variant - bu, Rusiyanın üç və daha çox hissəyə bölünməsidir. Rusiya üç və mümkündür ki, daha çox hissəyə bölünə bilər. Yeni müstəqil dövlətlərə» - Budanov əlavə edib.
Bundan əvvəl Budanov bəyan etmişdi ki, Rusiya Prezidenti Vladimir Putin üçün digər, daha realistik fəaliyyət variantı var - Ukraynaya münasibətdə. Amma o, tamam qeyri-real açıq təcavüzü seçdi.