Amerikanın “Time” jurnalı üz qabığını Ukraynanın birinci xanımına həsr edib - FOTO

8-07-2022, 12:34           
Amerikanın “Time” jurnalı üz qabığını Ukraynanın birinci xanımına həsr edib - FOTO
Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsinin beşinci ayında Amerikanın “Time” jurnalı Ukraynanın birinci xanımı Yelena Zelenskayanın portretinin yer aldığı üz qabığı ilə dərc olunub.

Buraxılışda həmçinin Yelena Zelenskayanın müharibə şəraitində psixi sağlamlığın qorunması ilə bağlı şəxsi təcrübələrinə əsaslanaraq yazılmış məqalə də var.

Məqalə “Her private war ” - “Onun şəxsi müharibəsi” adlanır.

“Ukraynanın birinci xanımı Yelena Zelenskaya müharibə zamanı şəxsi təcrübəsindən, habelə müharibənin psixi sağlamlığa mənfi təsirinin aradan qaldırılmasına həsr olunmuş işindən danışıb”, - deyə materialın elanında qeyd edilir.

TIME
@TIME
·
Follow
Ukraine's First Lady Olena Zelenska tells @shustry about her wartime experiences and work addressing the "overwhelming" mental toll of the war https://ti.me/3NTwh7Q

Mənbə: UNİAN












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru