Nikol Paşinyanın vəd etdiyi sülh İrəvandan 100 km aralıda yerləşən Yelpin kəndinə çatıb...

9-07-2022, 09:57           
Nikol Paşinyanın vəd etdiyi sülh İrəvandan 100 km aralıda yerləşən Yelpin kəndinə çatıb...
Nikol Paşinyanın vəd etdiyi sülh İrəvandan 100 km aralıda yerləşən Yelpin kəndinə çatıb. Maşınla saat yarımlıq yoldur.

Moderator.az xəbər verir ki, bunu iyulun 8-də Müqavimət Hərəkatının Fransa meydanında keçirilən mitinqində müxalifətçi deputat, Ermənistan Respublika Partiyasının üzvü Hayk Mamicanyan deyib.

Onun sözlərinə görə, iyulun 18-də Avropa İttifaqı ilə Azərbaycan arasında enerji memorandumu imzalanacaq. İndiki baş nazir isə indiki imkandan istifadə edə bilməyib, Azərbaycanda saxlanılan ermənilərin geri qaytarılmasını təmin edə bilməyib.

“Ermənistan-Türkiyə münasibətlərinə gəlincə, bir neçə gün əvvəl əldə edilmiş razılaşma gözlənilən güzəşt deməkdir, lakin fərqli platformada”, - Mamicanyan bildirib.

Müxalifətçinin sözlərinə görə, Nikol Paşinyanın kəndləri təslim etməsinə təəccüblənmək lazım deyil, çünki o, heç onların adlarını belə bilmirdi.

“Nikol Paşinyan mətbuat konfransı zamanı bildi ki, Sus kəndi var. Bizim bir məqsədimiz var, onu da görəcəyik”, - deyə deputat bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru