Qərb ordusu ilə savaşa qoşulmasa... - Yalonen

11-07-2022, 10:18           
Qərb ordusu ilə savaşa qoşulmasa... - Yalonen
Qərb ölkələri Kiyevin tərəfində Ukrayna böhranına hərbi müdaxilə imkanlarını nəzərdən keçirməlidir.

Axar.az xəbər verir ki, bu sözləri finlandiyalı tarixçi Yussi Yalonen deyib.

“Hələlik Qərb ölkələrinin Ukraynanı silahla təmin etmək və hərbi müdaxilədən qaçmaq strategiyası iflasa uğrayıb”, - ekspert bildirib.

Onun sözlərinə görə, Ukrayna Qərbin belə iştirakı ilə Rusiyanı məğlub edə bilməyəcək.

Yalonen qeyd edib ki, Rusiya ordusu irəliləməkdə və qarşıya qoyulan vəzifələri yerinə yetirməkdə davam edir:

“Gec, yaxud tez, Avropa Birliyi, NATO ölkələri münaqişəyə birbaşa müdaxilə imkanlarını nəzərdən keçirməlidir”.

Bununla yanaşı, o, Rusiyanın taktiki nüvə silahını istifadə edəcəyini istisna etməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru