Baydenin xanımından qəribə sözlər - Üzr istəməli oldu

13-07-2022, 12:25           
Baydenin xanımından qəribə sözlər -
ABŞ Prezidenti Co Baydenin həyat yoldaşı, ölkənin birinci xanımı Cil Bayden qatıldığı tədbirdə latın amerikalılarını məşhur Latın Amerika yeməyi tako ilə müqayisə edib.

Teleqraf.com xəbər verir ki, xanım Bayden daha sonra bu bənzətməyə görə üzr istəyib.

Cill Bayden Texasda qatıldığı konfransda latınlara bu sözləri deyib:

“Siz Bronksdakı marketlər qədər fərqli, Mayamidəki çiçəklər qədər gözəl və burada – San-Antoniodakı səhər yeməyi takolar qədər bənzərsizsiniz”.

Bundan sonra Cil Baydenə Latın Amerikası Jurnalistlər Assosiasiyasından “Biz tako deyilik” cavabı verilib.

“San-Antonioda latınların unikallığını nümayiş etdirməyə çalışarkən, onları səhər yeməyi takoya bənzətmək mədəni biliklərin və bölgədəki latın müxtəlifliyinə həssaslığın olmamasının göstəricisidir”, - açıqlamada deyilib.

Bu reaksiyadan sonra Cill Baydenin sözçüsü Miçial Larosa açıqlama verib:

“Cil Bayden latın icmasına heyranlıq və sevgidən başqa bir məqsədlə demədiyi sözlərə görə üzr istəyir”.

Birinci xanımın latınlar barəsində belə bir fikir söyləməsinin təsadüfi olmadığını da iddia edilib. Bundan sonra ABŞ-da Co Baydeni ən az dəstəkləyən demoqrafik qrupun latın amerikalılar olduğu üzə çıxıb.

Kvinnipiak Universitetinin sorğusunda latın seçicilərin yalnız 26 faizinin Baydenin fəaliyyətindən razı olduğu deyilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru