Avropa Ermənistanı cəzalandırmağa qərar verdi - "Hraparak"

13-07-2022, 12:51           
Avropa Ermənistanı cəzalandırmağa qərar verdi - "Hraparak"
İyunun 19-25-də AŞPA-nın sessiyasında iştirak edən Ermənistan nümayəndə heyəti pərdəarxası danışıqlar zamanı avropalı tərəfdaşlarına 3 təklif təqdim ediblər.

Bakupost.az xəbər verir ki, bu barədə Ermənistanın "Hraparak" qəzeti bildirib.

Qəzet yazır ki, bu təkliflər ermənipərəst addımlar və bəyanatlarla bağlı olub.

“Hraparak” qəzeti mövzunu inkişaf etdirərək yazır. “Pərdəarxası danışıqlarda söhbət xüsusən də məhbusların qaytarılmasından gedib. Hakim “Mülki Müqavilə” partiyasındakı mənbəmiz bildirir ki, beynəlxalq tərəfdaşlarımız deputatlarımızın təqdim etdiyi təkliflərlə, hazırlanmış mətnlə tanış olub və buna heç bir etirazlarının olmadığını bildiriblər. Lakin İrəvan Avropanın, yoxa Rusiyanın yanında olmaqla bağlı konkret qərar verməyincə, onlar heç bir məsələdə Ermənistanın maraqlarını müdafiə etməyəcəklər: Son zamanlar Avropa rəsmiləri Ermənistan hakimiyyətinin atdığı addımları avropalılara “atmaq” cəhdi kimi qiymətləndirirlər. Buna görə də onlar Ermənistanı cəzalandırmaq qərarına gəliblər: ən azından Ermənistan hakimiyyətini son qərarını verməyə, harada, kiminlə olduğuna aydınlıq gətirməyə və Rusiya ilə əlaqələri tamamilə kəsməyə sövq edirlər."

Qəzetin məlumatına görə, məsələ ilə bağlı AŞPA-nın sessiyasında iştirak edən Ermənistan nümayəndə heyəti üzvlərindən şərh almaq mümkün olmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru