Azərbaycan rəqsləri öyrətdiyinə görə həbs edilən müəllimədən xəbər var

14-07-2022, 00:04           
Azərbaycan rəqsləri öyrətdiyinə görə həbs edilən müəllimədən xəbər var
Azərbaycan rəqs müəlliməsi Jila İbrahimi Təbriz həbsxanasından müvəqqəti olaraq sərbəst buraxılıb.
Bakupost.az bildirir ki, bu barədə insan haqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyi məlumat yayıb.
Xəbərə əsasən, Jila İbrahimi 500 milyon tümənlik mülki girov qarşılığında məhkəmənin son qərarına qədər müvəqqəti olaraq buraxılıb.
Xatırladaq ki, Jila İbrahimi Təbrizdə Saz Söz adlı dərnəyin üzvüdür. O, sosial mediada rəqs videoları paylaşdığı üçün iyulun 1-də saxlanılaraq 10 günlük nəzarətə alınıb. İnsan haqları üzrə fəaliyyət göstərən Ərk cəmiyyəti bildirir ki, İbrahiminin zəmanətə buraxılma prosedurası məhkəmə tərəfindən gecikdirilib və nəticədə rəqs müəlliməsi qurban bayramını həbsxanada keçirməli olub.
İranda rəqs təlimi qadağandır, buna baxmayaraq Azərbaycan rəqsinin tədrisi və öyrənilməsi son illərdə xüsusilə qadınlar və qızlar arasında çox populyarlaşıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru