Qərb şərt qoyub: Rusiyanı vura bilmərik, amma...

17-07-2022, 10:38           
Qərb şərt qoyub: Rusiyanı vura bilmərik, amma...
Krım körpüsü Rusiya tərəfindən Ukraynanın ərazi sularında qanunsuz tikilib və Ukrayna ərazisi hesab olunur.

Axar.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç ölkəsinin Qərb tərəfdaşlarına ABŞ və Avropanın verdiyi silahlarla Rusiyanı vurmamaq vədini şərh edərkən deyib.

Arestoviç qeyd edib ki, tərəfdaşları Krım körpüsünə zərbə endirib-endirməməklə bağlı hər hansı məhdudiyyət tətbiq etməyib:

"Rusiya Federasiyasını vurmayaq? Vurmayaq! Ukrayna ərazisində kifayət qədər hədəfimiz var. Krım körpüsü Ukraynanın ərazi sularından keçir. Bu, bizim ərazimizdir”.

Arestoviç əlavə edib ki, Krım körpüsünün başına hər cür bəla gələ bilər:

"Bu, Ukraynanın ərazi sularında tikilmiş qeyri-qanuni tikilidir. “Boykonun qüllələri” qanunsuz zəbt edilib. Onlara nə oldu? Krım körpüsünü də eyni aqibət gözləyir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru