“Hindistan Rusiyadan neft asılılığını azalda bilmir” - “Foreign Policy”

17-07-2022, 17:11           
“Hindistan Rusiyadan neft asılılığını azalda bilmir” -
Hindistan Qərb ölkələrinin anti-Rusiya sanksiyalarına baxmayaraq, Rusiyadan neft tədarükündən imtina edə bilməz. “Report” xəbər verir ki, bunu “Foreign Policy” jurnalında dərc olunan məqaləsində köşə yazarı Çaru Sudan Kasturi bildirib.

“İki dövlətin enerji sektorları qarşılıqlı investisiyalarla çox sıx bağlıdır. Hindistan Rusiyadan böyük həcmdə enerji resursları almağa davam edir və neft asılılığını azalda bilmir”, - Kasturi bildirib.

Onun sözlərinə görə, bir sıra Qərb liderlərinin baş nazir Narendra Modini idxalı dayandırmağa inandırmağa çalışmasına baxmayaraq, Hindistan hələ də neft almağa davam edir. Bununla belə, Rusiyadan neft axınının sabit saxlanılması Hindistan tərəfinin maraqlarına uyğundur.

O, analitik və Chevron-un keçmiş baş direktoru Edvard Çoudan sitat gətirib ki, Hindistan Qərb ölkələrinin xoşuna gəlsə də, istəməsə də, enerji ehtiyaclarını müdafiə edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru