Latviya: Ukrayna Rusiya ordusunu o qədər zəiflədib ki...
18-07-2022, 09:19
Ukrayna Rusiya ordusunu elə zəiflədib ki, yeni hücum üçün Kremlə azı 2 il vaxt lazım gələcək.
Axar.az xəbər verir ki, bu sözləri Latviya müdafiə naziri Artis Pabriks deyib.
O bildirib ki, Ukraynanın müqaviməti Latviyaya Rusiyanın mümkün hücumuna hazırlaşmaq üçün vaxt verir:
"Çətin ki, kimsə əvvəlki dünya müharibələri ilə müqayisə oluna biləcək işğalın mümkün olduğuna inanaydı. Qonşu ölkəmiz sübut etdi ki, biz də öz ərazimizi qəddar və çoxsaylı üstünlüklərdən qorumağa hazır olmalıyıq", - nazir vurğulayıb.