Putin xəstədir? - İngilis generaldan unikal cavab

18-07-2022, 10:24           
Putin xəstədir? - İngilis generaldan unikal cavab
Rusiya lideri Vladimir Putinin ölümcül xəstəliyi haqda şayiələr yalnız xoş xəyallardır.

Axar.az xəbər verir ki, bu sözləri Britaniya ordusunun komandanı Entoni Radakin deyib.

“Putinin vəziyyətinin pis olduğu və yaxud kiminsə ona sui-qəsd edəcəyi, vəzifədən kənarlaşdıracağı və s. iddialar, düşünürəm, xəyalpərəst fikirlərdir”, - o vurğulayıb.

O bildirib ki, Rusiyada ierarxiya dəqiq qurulub, Putinin ətrafının isə onu vəzifədən uzaqlaşdırmaq üçün heç bir motivasiyası yoxdur:

“Biz, peşəkar hərbçilər kimi, Rusiyada sabit rejim görürük; biz istənilən müxalifəti əzməyə qadir olan Prezident Putini görürük və biz Putinə yatırım edən bir ierarxiya görürük. Ona görə də yüksəkvəzifəlilərin Putinə zidd getməsi gözlənilmir”.

Radakinin fikrincə, Rusiya təhdidi illərlə, bəlkə də onillərlə davam edəcək:

“Hərgah Ukraynadakı ciddi itkilərdən dolayı Rusiyanın quru qoşunları artıq ciddi təhlükə deyil, ancaq Kremlin nüvə arsenalı, kiberordusu və kosmosdakı imkanları qalır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru