İTV AK prezidentinin müstəqil media barədə çıxışını dəyişdirdi – VİDEO

19-07-2022, 08:28           
İTV AK prezidentinin müstəqil media barədə çıxışını dəyişdirdi – VİDEO
Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa Komissiyasının (AK) prezidenti xanım Ursula Fon der Lyayen mətbuata bəyanatlarla çıxış ediblər.

Yeniavaz.com xəbər verir ki, Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin sözügedən çıxışı zamanı İctimai Televiziya onun müstəqil media barədə dediklərini təhrif edib.

Avropa Komissiyasının prezidentinin sözügedən çıxışı belədir:

“Azərbaycan tam potensialına nail olmaq üçün investor əminliyini təmin etməlidir. Buraya vətəndaş cəmiyyətinin daha da cəlb edilməsi, azad və müstəqil medianın olması daxildir”.

İTV-də verilən sinxron tərcümədə isə ümümiyyətlə media məsələsi səsləndirilməyib:

“Ölkədə inamlı şəkildə investisiyanın qoyulması üçün təbii ki, güclü özülün olmasına ehtiyac var”.

Sözügedən kadrları təqdim edirik:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru