"Ermənistan Türkiyədən suriyalı qaçqınların axını ilə üzləşmək təhlükəsi ilə üz-üzədir"

19-07-2022, 11:40           
"Ermənistan Türkiyədən suriyalı qaçqınların axını ilə üzləşmək təhlükəsi ilə üz-üzədir"
"Ermənistan-Türkiyə münasibətlərinin tənzimlənməsi Ermənistana qaçqın axınına səbəb ola bilər və biz indidən bu haqda düşünməliyik ki, gələcəkdə müəyyən qərarların, təkliflərin istehlakçısına çevrilməyək". Ordu.az xəbər verir ki, bunu erməni türkşünas Vahram Ter-Matevosyan deyib.

Onun sözlərinə görə, Suriya müharibəsi başlayandan bəri Türkiyəyə 4 milyona yaxın qaçqın gəlib.

"Onların 3 milyonu hələ də bu ölkədə yaşayır və bu qaçqınların bir hissəsi Ermənistanla sərhədə düşə bilər, ona görə də üçüncü ölkə vətəndaşlarının Ermənistan-Türkiyə sərhədindən keçməsinə dair razılaşmalar edildiyi təqdirdə sərhəd nəzarətinin gücləndirilməsi haqqında düşünmək lazımdır. Ermənistan uzun müddət qaçqınlar üçün tranzit ölkə olan Türkiyədən hansı qaçqın və köçkün axınının olacağını hesablayıbmı?", - deyə Matevosyan qeyd edib.

Erməni türkşünas vurğulayıb ki, Türkiyə sərhədlərin açılması ilə bağlı kiçik addımlarla Ermənistanı çətin vəziyyətə sala bilər, çünki Ankara, lazım gələrsə, uğursuzluqların günahını İrəvanın üzərinə atacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru