ABŞ Hərbi Dəniz Qüvvələrinin eskadrilya məhvedicisi Finlandiyaya gəlib

20-07-2022, 08:28           
ABŞ Hərbi Dəniz Qüvvələrinin eskadrilya məhvedicisi Finlandiyaya gəlib
ABŞ-ın “USS Arleigh Burke” raketli eskadrilyası Finlandiyanın paytaxtı Helsinkinin limanına daxil olub. “Report” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın 6-cı əməliyyat donanması məlumat yayıb.

Gəmi vahid “Aegis” sistemi tərəfindən idarə olunan güclü və balanslaşdırılmış raket silahlanması sayəsində müxtəlif tapşırıqları yerinə yetirməyə qadirdir.
Məhvedici 1 600 km mənzilli “Tomahawk” tipli qanadlı raketlər, “RIM-66 SM-2” (“Standard-2”) zenit raketləri və “RUM-139 ASROC” sualtı qayıq əleyhinə idarə olunan raketlərlə təchiz olunub.

Verilən tapşırıqlardan asılı olaraq gəmi 56-ya qədər “Tomahawk” tipli qanadlı raketi daşıya bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru