"Fərat çayı ərazisi Suriya hökumətinin nəzarətinə qaytarılmalıdır" - Putin

20-07-2022, 08:36           
"Fərat çayı ərazisi Suriya hökumətinin nəzarətinə qaytarılmalıdır" - Putin
"Fərat çayı ərazisi Suriya hakimiyyətinin nəzarəti altına qayıtmalıdır".

"Report" TASS-a istinadla xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin “Astana üçlüyü”nün görüşünün yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

"Suriya ərazisində yerləşən silahlıların həm Yaxın Şərq regionunda, həm də onun hüdudlarından kənarda fəaliyyətinin qarşısını almağa davam edəcəyik. Məhz bu kontekstdə Suriyanın şimal-şərqində, Fərat çayı ərazisində çətin vəziyyət müzakirə olunub. Burada bir sıra ölkələrin dəstəyi ilə qanunsuz hərbi birləşmələr fəaliyyət göstərir", - Rusiya Prezidenti vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru