ABŞ Senatının komitəsi İsveç və Finlandiyanın NATO-ya qəbulu ilə bağlı sənədləri təsdiqləyib

20-07-2022, 08:34           
ABŞ Senatının komitəsi İsveç və Finlandiyanın NATO-ya qəbulu ilə bağlı sənədləri təsdiqləyib
ABŞ Konqresi Senatının Xarici Əlaqələr Komitəsi İsveç və Finlandiyanın NATO-ya qəbulu ilə bağlı sənədləri təsdiqləyib.

“Report” xəbər verir ki, bu barədə adıçəkilən komitənin sədri Robert Menendes və senator Cim Rişin yaydığı bəyanatda deyilir.

Qeyd olunub ki, bundan sonra sənədlərə tam şəkildə Senatda baxılacağı planlaşdırılır. Amerika qanunvericiliyinə uyğun olaraq, ratifikasiya prosedurunu birbaşa ABŞ Prezidenti həyata keçirir, Konqres Senatı buna razılıq verir. Bu, Amerika konstitusiyasında nəzərdə tutulub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru