Putinin yürüşü gündəm oldu: Dünya bu görüntülərdən danışır... - VİDEO

20-07-2022, 11:37           
Putinin yürüşü gündəm oldu:
Rusiya Prezidenti Vladimir Putinin İran səfəri zamanı qeydə alınan görüntülər dünya mətbuatında gündəm olub.

Ölkə.Az xəbər verir ki, İngiltərə mətbuatı Putinin təyyarədən düşərkən axsadığını və yeriməkdə çətinlik çəkdiyini iddia edib.

“Putin balanssız görünürdü və sağ qolunu bərk-bərk yanında saxlamışdı”- ifadələrinə yer verilib”.

Bu görüntülərə istinad edən Britaniya qəzeti “Mirror” yazıb ki, Putin sağ qolunu tərpədə bilmir:

“Putin ayaq üstə dayanıqsız görünür və bu görüntülər Rusiya liderinin Parkinson və ya ölümcül xərçəng xəstəliyinə tutulması ilə bağlı şayiələrin daha yüksək səslə dilə gətirilməsinə səbəb ola bilər”, - xəbərdə deyilir.

Qeyd edək ki, “Mirror” qəzeti daha əvvəl də həkimlərin Rusiya liderinin maksimum 3 il ömrü qaldığını dediklərini yazmışdı. İddialar araasında həmçinin Putinin gözlərinin əhəmiyyətli dərəcədə zəifləməsi də var:

“Ona televiziyada deyəcəklərini oxumaq üçün hər şey böyük hərflərlə yazılmış kağız parçaları lazımdır. Bu kağızlarda yazılan hərflər o qədər böyükdür ki, hər səhifədə bir neçə cümlə var. Gözlərinin vəziyyəti ciddi şəkildə pisləşir” - məlumatda qeyd edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru