İran rejiminin ideoloji “salam”ı – VİDEO

21-07-2022, 00:01           
İran rejiminin ideoloji “salam”ı – VİDEO
Bir neçə aydır İranın "Salam Fərmandeh!" (Salam Komandir!) marşının müxtəlif ölkələrdə, həmçinin Azərbaycanda geniş təbliğatı aparılır. İslamın 14-cü peyğəmbəri hesab olunan İmam Mehdiyə müraciətlə yazılmış bu mahnının, əslində İrandakı siyasi sistemin rəhbəri Seyyid Əli Xameneiyə həsr olunduğu bildirilir.

Marşın mətnində Xamenei ilə yanaşı İran İnqilab Keşikçilərinin (SEPAH) Qüds qüvvələrinin keçmiş komandanı Qasım Süleymaninin adının çəkilməsindən də aydın olur ki, burada məqsəd təkcə 14-cü İmamın zühürünə çağırışdan ibarət deyil. İran şiələr arasında yayılan Mehdi inancından öz məqsədləri üçün isifadə edərək, azyaşlı uşaqlara bu mahnını əzbərlədir və bu yolla "beyinyuma" əməliyyatını həyata keçirir. Hər halda təsadüfi deyil ki, bir neçə gün bundan öncə Yevlax şəhər Sahib Aliyev adına 1 saylı tam orta məktəbin müəllimi Nailə Babayeva da məhz azyaşlı şagirdlərə bu mahnını öyrətməyə çalışırdı.

Bu mövzuda "Azad İran" kanalının apardığı araşdırmanı oxuculara təqdim edirik:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru