“Qəddar” ləqəbli generala tapşırıq verildi - Solovyovdan şok
21-07-2022, 16:45
Hazırda Ukraynadakı hərbi əməliyyatlarda dörd rus generalı səfərbər olunub. Onların hamısı konkret olaraq müharibə, real döyüşlər görmüş insanlardır. Dünən onlara yeni tapşırıqlar verildı.
Teref.az axar.az-a istinadla xəbər verir ki, bu fikri qalmaqallı rusiyalı teleaparıcı Vladimir Solovyov “Rossiya 1” telekanalının efirində deyib.
“Qərb istiqaməti – general Seçevoy. Mariupolu tam olaraq nəzarətə götürən adam.
Şərq istiqaməti – general Muradov. Bu insanı demək olar ki, hamı tanıyır. Qarabağda Rusiya hərbi kontingentinə rəhbərlik edib. Ondan qabaq Suriya əməliyyatlarına başçılıq edib.
General Lapin – mərkəzi qrupun rəhbəri. Oğlu ilə bir yerdə döyüşürdü. Hazırda oğlu yaralanıb və hospitaldadır.
Və nəhayət Rusiya Silahlı Qüvvələrinin ordu generalı Surovikin – “Qəddar” ləqəblı general.
Artıq bu 4 generala yeni tapşırıqlar verilib”, - deyə o qeyd edib.