ABŞ Mərkəzi Kəşfiyyat İdarəsindən Putinin səhhəti ilə bağlı təəccübləndirən açıqlama

21-07-2022, 17:13           
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsindən Putinin səhhəti ilə bağlı təəccübləndirən açıqlama
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsindən Putinin səhhəti ilə bağlı təəccübləndirən açıqlama

Rusiya Prezidenti Vladimir Putinin səhhətində ciddi problemlər olması ilə bağlı iddiaların səsləndirildiyi bir vaxtda ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Villiam Börnsün verdiyi açıqlama gündəm olub.

Xarici KİV xəbər verir ki, Aspen Təhlükəsizlik Forumunda iştirak edən Börns Putinin səhhətinin pis olduğuna dair heç bir kəşfiyyat məlumatının olmadığını deyib.
Putini “çox sağlam” adlandıran Börns bunun öz şərhi olduğunu və rəsmi kəşfiyyat hesabatına əsaslanmadığını vurğulayıb.

Börnsün bu sözləri qısa zamanda dünya gündəminə müzakirələrə səbəb olub.

Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsindən sonra görüşlərdə və çıxışları zamanı hərəkətləri ilə diqqət çəkən Vladimir Putinin səhhətində problemlər olması ilə bağlı tez-terz iddialar səsləndirilir. Dünya mətbuatında onun parkinson və xərçəng xəstəsi olması, həmçinin gözlərinin əhəmiyyətli dərəcədə zəifləməsi ilə bağlı məlumatlar yer alıb.

İngilitərənin "Mirror" qəzetinin iddiasına görə, həkimlər Rusiya liderinə maksimum 3 il ömür veriblər.

Son olaraq Rusiya Prezidentinn İrana səfəri zamanı qolunu özünə tərəf sıxaraq qəribə formda yeriməsi bu iddiaları gücləndirmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru