Lukaşenkonu əvəz edəcək şəxsin ADI AÇIQLANDI - VİDEO
25-07-2022, 00:09

“Lukaşenkonun əvəzinə o, hakimiyyətə gələ bilər”.
KONKRET.az xəbər verir ki, bu barədə FreeDom layihəsinin süjetində bildirilir. Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç Lukaşenkonu əvəz edə bilər. Aleksandr Volfoviç marionet rejim daxilində Kremlin əsas agentidir.
Hazırkı prezidentə nəsə olarsa, Belarus Təhlükəsizlik Şurasının dövlət katibi ölkəyə nəzarəti öz üzərinə götürəcək.
Volfoviç Kremldəki həmkarı Nikolay Patruşevlə daim əlaqə saxlayır. Volfoviçin əmri ilə Təhlükəsizlik Şurasının bütün katibliyi praktiki olaraq ruslara tabedir. O, qısa müddətdə güc blokunun bütün nazirlik və xidmətləri üzərində ciddi nəzarətə nail ola bilib.
Qeyd edək ki, Lukaşenkonun vəzifədən uzaqlaşdırılması və ya kənarlaşdırılması halında ölkə rəhbərliyi Təhlükəsizlik Şurasına keçəcək.
Volfoviç Kremlin mesajlarını təbliğ edir, Qərbin Ukraynanı silah və sursatla “doldurduğunu” deyir. Məhz o, “Ukrayna DKQ” barədə məlumat verib, hətta NATO ölkələrini hədələyib.
“Volfoviç, Lukaşenkodan fərqli olaraq, hərbi neytrallıq və Kremlin qərarlarından müstəqillik oyunu oynamağa ehtiyac duymur. Bu, Kremlin Belarus ruporudur”, – belaruslu müxalifətçi Pavel Latuşko deyir.
Ekspertlərin fikrincə, Volfoviç Belarusda hakimiyyəti ələ keçirsə, o zaman yüksək vəzifəli şəxslər onun hərəkətlərini dəstəkləyəcəklər.
Amma müharibədə birinci həlak olan sıravilərin əmrinə tabe olub-olmaması hələ də açıq sualdır.
Bundan əvvəl UTX-nin general-mayoru Viktor Yaqun bildirib ki, Aleksandr Lukaşenkonu Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç əvəz edə bilər.