Bolsonaru növbəti müddətə prezidentliyə namizədliyini açıqladı

25-07-2022, 08:29           
Bolsonaru növbəti müddətə prezidentliyə namizədliyini açıqladı
Braziliyanın hazırki dövlət başçısı Jair Bolsonaru Rio-de-Janeyro şəhərində keçirilən tədbirdə prezident seçkilərində öz namizədliyini irəli sürdüyünü rəsmən bəyan edib.

“Report” xəbər verir ki, Bolsonaro çıxışında “Azadlıq, həqiqət və inam” anlamı verən seçki kampaniyasının şüarını səsləndirib.

Tədbir zamanı o, korrupsiyaya qarşı mübarizə, narkotik vasitələrin qanunsuz dövriyyəsi, cinsi maarifləndirmə problemləri və abortun leqallaşdırılmasından danışıb.

Qeyd edək ki, Braziliyada prezident seçkiləri 2022-ci ilin oktyabrında keçiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru