Kissincer: Ukrayna əraziləri güzəştə gedilə bilməz

25-07-2022, 10:48           
Kissincer: Ukrayna əraziləri güzəştə gedilə bilməz
Kiyev və Qərb ölkələri Rusiya tərəfi ilə mümkün danışıqlar prosesində hazırda Rusiya qoşunlarının nəzarətində olan Ukrayna ərazilərini güzəştə getməməlidir.

Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer ZDF telekanalına müsahibəsində bildirib.

Kissincer əlavə edib ki, mümkün danışıqlarda Ukrayna rəhbərliyi və xalqı mütləq iştirak etməlidir. Amerikalı siyasətçi bu yanaşmanı “vəziyyəti idarə etmək üçün yeganə əsas” adlandırıb.

“Ukrayna ərazilərinin təslim olması bizim qəbul edə biləcəyimiz şərt ola bilməz. Fakt budur ki, Rusiya hərbi əməliyyatlar başlayandan bəri ələ keçirdiyi bütün əraziləri qaytarmalı olacaq”, - keçmiş dövlət katibi bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Kissincerin Rusiyaya ərazi güzəşti təklifi müzakirələrə səbəb olmuş, sabiq dövlət katibi isə fikirlərinin yanlış anlaşıldığını bildirmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru