“Ukrayna ordusu Rusiyaya daxil olacaq” - Terrorçu Qirkindən gözlənilməz proqnoz

26-07-2022, 08:24           
“Ukrayna ordusu Rusiyaya daxil olacaq” -
Ukrayna Silahlı Qüvvələri (USQ) tezliklə bir sıra istiqamətlər üzrə hücuma keçəcək və ehtimal ki, Rusiya bu hücumları effektli şəkildə dəf edə bilməyəcək.

Bu barədə Donbasdakı separatçılıq əməliyyatının əsas təşkilatçılarından biri, rusiyalı terrorçu İqor Qirkin (Strelkov) bəyan edib.
Onun sözlərinə görə, əks-hücum Xerson, Zaporojye və Xarkov istiqamətlərində (Rusiya sərhədi yaxınlığında) gözlənilir. O, həm də istisna etmir ki, Ukrayna ordusu Rusiya ərazisinə soxula bilər.

«Gözləyirik ki, operativ pauza başa çatsın və ehtimal ki, o, düşmənin hücumu ilə başa çatacaq. Məndə möhkəm əminlik yoxdur ki, ordunun artırılması barədə təcili tədbirlər görüləcək, onu artırmaq isə yalnız faktiki və qismən səfərbərliklə mümkündür. Amma biz, kifayət qədər ciddi məğlubiyyətə düçar ola bilərik» - Qirkin bəyan edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru