Aİ-nin Rusiya kömürünə embarqosunun qüvvəyə minəcəyi tarix açıqlandı

6-08-2022, 10:59           
Aİ-nin Rusiya kömürünə embarqosunun qüvvəyə minəcəyi tarix açıqlandı
Aİ-nin Rusiya kömürünün alınmasına dair embarqosu avqustun 10-da qüvvəyə minəcək.


“Enerji böhranına baxmayaraq, planlaşdırıldığı kimi, bütün Aİ ölkələri buna əməl etməlidir”.

Bu barədə Brüsseldə keçirilən brifinqdə Avropa Komissiyasının (AK) rəsmi nümayəndəsi Erik Mamer bildirib.

“Rusiya kömürünün tədarükünə embarqo apreldə qəbul edilmiş beşinci sanksiyalar paketinin bir hissəsidir. Avqustun 10-da keçid dövrü başa çatır (bu müddət ərzində Rusiya kömürünün alınmasına icazə verilirdi - TASS qeydi). Avropa Komissiyası əmindir ki, bütün Aİ ölkələri bu məhdudiyyətə əməl edəcəklər”, - deyə o, Aİ-yə Rusiya kömürünün tədarükü ilə bağlı sualı cavablandırıb.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru