Gürcüstanın İsraildəki səfirliyindən XƏBƏRDARLIQ

6-08-2022, 08:37           
Gürcüstanın İsraildəki səfirliyindən XƏBƏRDARLIQ
Gürcüstanın İsraildəki səfirliyi bu ölkədəki Gürcüstan vətəndaşlarına xəbərdarlıq ünvanlayıb.

Publika.az diplomatik təmsilciliyimizin xəbərdarlığını olduğu kimi təqdim edir:

"Aşağıdakı məhdudiyyətlər 6 avqust şənbə günü saat 20:00-a qədər qüvvədə olacaq və müddət uzadıldığı təqdirdə əlavə olaraq məlumat verəcəyik.

Qəzza zolağından 80 km radiusda yaşayanlar üçün:

Açıq məkanda 10 nəfərdən, qapalı məkanda isə 50 nəfərdən çox olmayan tədbir və toplantılara icazə verilir.

Təhsil müəssisələrində, uşaq bağçalarında və yay düşərgələrində tədris prosesi aparılmayacaq.

İş yerlərində olmağa yalnız sığınacaq olan müəssisələrdə icazə verilir.

Yalnız qapalı məkanda toplaşmaq şərti fərqlənir: 100 nəfərə icazə verilir.

Xahiş edirik qeyd olunan təhlükəsizlik normalarını nəzərə alın və onlara əməl edin”.

Xatırladaq ki, İsrail ilə Qəzza arasında yenidən gərginlik başlayıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.