"Ukraynadakı müharibə Rusiyanın hərbi sənayesini sarsıdıb" - Britaniya kəşfiyyatı

11-08-2022, 13:22           
"Ukraynadakı müharibə Rusiyanın hərbi sənayesini sarsıdıb" - Britaniya kəşfiyyatı
“Rusiyanın Ukraynadakı şəxsi heyəti üçün tələbatı və ixrac sifarişlərini yerinə yetirməsi ehtimalı çox aşağıdır. Buna səbəb Qərbin sanksiyalarının artan təzyiqləridir”.

TEREF “Report”a istinadla xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsasən bildirib.

“Belarus bu yaxınlarda yeni yerli təkmilləşdirilmiş T-72B əsas döyüş tankının (MBT) təfərrüatlarını açıqlayıb. Belarus, ehtimal ki, bu alternativ həlli daha əvvəl Rusiyanın dövlət şirkəti UralVagonZavod ilə müqavilə bağladığı MBT modifikasiyası üçün hazırlayıb. Rusiya uzun müddətdir ki, müdafiə sənayesini özünün ən mühüm ixrac uğurlarından biri hesab edir. Ancaq hazırda Kremlin hərbi sənaye potensialı ciddi təzyiq altındadır”.

Məlumata görə, Ukraynadakı müharibə Rusiya silahlarının imkanlarının kifayət qədər olmadığını üzə çıxarıb: “Beləliklə, bu ölkənin hərbi sənayəsi sarsılıb”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru