Pentaqon Avropada HƏRƏKƏTƏ KEÇDİ: Ukraynaya görə xüsusi bölmə yaradılacaq

30-09-2022, 10:28           
Pentaqon Avropada HƏRƏKƏTƏ KEÇDİ:
ABŞ Müdafiə Nazirliyi Ukraynaya hərbi yardımı əlaqələndirəcək ayrıca struktur bölmə yaratmaq niyyətindədir.

Publika.az xəbər verir ki, bu barədə "New York Times" yazır.

Bu bölmənin Almaniyadakı Amerika hərbi bazasında yerləşəcəyi və ona generalın komandirlik edəcəyi qeyd edilir.

"Almaniyadakı bu missiya ABŞ və müttəfiqlərinin Rusiyanın işğalından sonra qurduğu təlim və yardım sistemini optimallaşdıracaq", - məqalədə deyilir.

Bu bölmədə təxminən 300 nəfər xidmət göstərəcək.

“Yeni bölgü göstərir ki, Birləşmiş Ştatlar Ukrayna və onun qonşuları üçün Rusiya təhlükəsinin uzun illər davam edəcəyini gözləyir”, - New York Times qeyd edir.

Bu bölmənin yaradılması ilə bağlı tam plan artıq ABŞ müdafiə nazirinə təqdim edilib və yekun qərarın yaxın həftələrdə qəbul ediləcəyi gözlənilir.

NATO-nun Avropadakı birləşmiş qüvvələrinin keçmiş komandanı Ceyms Stavridisin sözlərinə görə, bu addım həm də “müttəfiqlərimizin və tərəfdaşlarımızın öz avadanlıqlarını ukraynalılara çatdırmaqda və təlimlərdə əməl edə biləcəkləri formal təhlükəsizlik strukturu yaradacaq”.

Hüseyn İbadlı












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.