Putinin strateji səhvi

2-10-2022, 00:03           
Putinin strateji səhvi
Şəkilin altındakı yazı kiminsə təxəyyülünün məhsulu olsa da, müəyyən həqiqətin daşıyıcısıdır. Məzmunu belədir ki, Putin Limanın Rusiya Federasiyasının tərkibindən çıxması ilə əlaqədar fərman imzalayıb.
Maraqlı odur ki, Putin dünən Ukraynanın 4 bölgəsini Rusiyanın tərkibinə qatmaqla strateji səhvə yol verdi. Çünki bu, Ukrayna ordusunun Rusiya ərazisinə daxil olması üçün hüquqi imkan yaradır.
Limanın azad edilməsi hamı tərəfindən adi hal kimi qəbul edilir. O cümlədən Rusiya Müdafiə Nazirliyi də qoşunların daha əlverişli mövqeyə çəkilməsi kimi təqdim edilir. Amma Rusiya açısından bu, həm də Ukraynanın Rusiya ərazisinə keçməsi anlamına gəlir və Rusiya tərəfi buna görə ən sərt tədbirə - nüvə silahından istifadəyə əl atmalı idi. amma heç nə etmədi.
Belə çıxır ki, Ukrayna bu 4 bölgəni və Krımı azad etdikdən sonra Belqorod, Voronej və s. Rusiya şəhərlərinə daxil olduqda da Rusiya Müdafiə Nazirliyi bunu qoşunların daha əlverişli mövqeyə çəkilməsi kimi təqdim edəcək. Beləliklə, Putin dünənki səhvi ilə Ukraynanın Rusiya ərazisinə keçməsinə yaşıl işıq yandırmış oldu.
Dadaş Əhmədli
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru