Litva Rusiyanın müvəqqəti işlər vəkilini qovur

4-10-2022, 08:25           
Litva Rusiyanın müvəqqəti işlər vəkilini qovur
Litva Rusiyanın ölkədəki müvəqqəti işlər vəkili Sergey Ryabokonu “persona non-qrata” elan edib.

O, beş gün ərzində Litvanı tərk etməlidir.

“Litva tərəfinin bu qərarı səlahiyyətli orqanlar tərəfindən verilən məlumatlar nəzərə alınaraq, S.Ryabokonun son hərəkətlərinin və bəyanatlarının diplomat statusu ilə bir araya sığmadığı əsas gətirilərək verilib. Onun davranışları ölkənin daxili işlərinə müdaxilə kimi qiymətləndirilə bilər ki, bu da Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının pozulması hesab olunur”, - Litva Xarici İşlər Nazirliyindən bildirilib.

Öz növbəsində, Rusiya Xarici İşlər Nazirliyi cavab tədbirləri görəcəyinə söz verib.

Mənbə: kommersant.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru