Rusiya vətəndaşı səfərbərliyə görə hərbi komissarlığı məhkəməyə verdi

4-10-2022, 09:14           
Rusiya vətəndaşı səfərbərliyə görə hərbi komissarlığı məhkəməyə verdi
Sankt-Peterburqun səfərbər edilmiş sakini Aleksandr Çetverikov hərbi komissarlığı məhkəməyə verib və çağırış komissiyasının qərarını qanunsuz hesab etməyi xahiş edib.

Bu barədə oktyabrın 3-də Sankt-Peterburq Məhkəmələrinin Birləşmiş Mətbuat Xidməti öz “Telegram” kanalında məlumat yayıb.

Çetverikovun sözlərinə görə, hərbi komissarlıq tibbi müayinə keçirməyib və bununla da onun hüququnu pozub.

Krasnoselski Rayon Məhkəməsinə verdiyi iddia ərizəsində 48 yaşlı kişi çağırış vərəqəsini geri götürmək və onu çağırışdan azad etmək üçün çağırış komissiyasına öhdəliyin qoyulmasını xahiş edib.

Qeyd edək ki, Bu, artıq Sankt-Peterburqda qismən səfərbərlik çərçivəsində hərbi xidmətə çağırışla bağlı ikinci məhkəmə iddiasıdır. Öncəki müraciət sentyabrın 30-da hərbi xidmətin alternativ mülki xidmətlə əvəz edilməsi ilə bağlı olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru